AZ

Türkiyə "Dron Koalisiyası"na qoşulması ilə bağlı bəyanatlara REAKSİYA VERDİ

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın administrasiyası Ukrayna üçün “Dron Koalisiyası”na qoşulması ilə bağlı bəyanatları şərh etməkdən imtina edib.

Qaziler.az xəbər verir ki, bu barədə RİA “Novosti” administrasiya nümayəndəsinə istinadən məlumat yayıb.

"Biz bu xəbərləri şərh etmirik, siz birbaşa aidiyyatı şöbələrlə əlaqə saxlamalısınız", - məlumatda qeyd edilib.

Türkiyə nümayəndəsinin sözlərinə görə, Ukrayna münaqişəsinin həlli ilə bağlı Türkiyə tərəfinin mövqeyi dəfələrlə aydın şəkildə ifadə olunub. Qeyd olunub ki, Türkiyə ədalətli sülh tərəfdarıdır və münaqişənin həlli üçün bütün vasitəçilik səylərini göstərir.

Qeyd edək ki, bundan əvvəl Latviyanın müdafiə naziri Türkiyə və Belçikanın Ukrayna Silahlı Qüvvələrini pilotsuz təyyarələrlə təmin etmək üçün beynəlxalq pilotsuz uçuş aparatları koalisiyasına qoşulacaqlarını açıqlayıb.

QAZİLER.AZ

Seçilən
12
15
qaziler.az

10Mənbələr