AZ

Goranboyda maşın arxa düşdü – Xəsarət alan var

Goranboyda xəsarətlə nəticələn yol-nəqliyyat hadisəsi qeydə alınıb.

News24.az Bizim.Media-ya istinadən xəbər verir ki, rayonun Balakürd kəndində hərəkətdə olan avtomobilin sürücüsü idarəetməni itirib və nəticədə maşın yol kənarındakı su arxına düşüb.

Qəza zamanı kənd sakini, 1988-ci il təvəllüdlü Salman Qafqaz oğlu Əliyev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıb. Ona ilkin tibbi yardım göstərilib, vəziyyətinin stabil olduğu bildirilir. Hadisə yerinə DYP-nın əməkdaşalrı cəlb olunub. Faktla bağlı araşdırma aparılır.


Seçilən
5
50
news24.az

10Mənbələr