Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.
Publika.az APA-ya istinadla xəbər verir ki, Daşkəsən rayonunun Bayan kəndində qeydiyyatda olan 1958-ci il təvəllüdlü Nəsibə Nağıyevanın idarə etdiyi “Hunday” markalı, 77 HD 580 dövlət nömrə nişanlı avtomaşın yoldan çıxaraq aşıb.
Qəza zamanı sürücü və nəvəsi 2018-ci il təvəllüdlü F.Məmmədli hadisə yerində dünyasını dəyişib.