AZ

Yuxulu sürücü qəza törətdi - Xəsarət alan var

Goranboy rayonunun Dəliməmmədli kəndində yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media xəbər verir ki, 10-SK-992 dövlət nömrə nişanlı avtomobil idarəetməni itirərək qəza törədib.
 

İlkin məlumata görə, sürücünün yuxulu olması qəzanın başvermə səbəblərindən biri kimi göstərilir.


Hadisə nəticəsində bir nəfərin xəsarət aldığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

Seçilən
239
50
bizim.media

8Mənbələr