AZ

"Hər iki ölkənin bir-birilərinə qarşı iddiaları mövcuddur" - ŞƏRH EDİLDİ

"İranla-İsrail arasında gedən münasibətlərin olduqca dərin kökləri var. Hər iki ölkənin bir-birilərinə qarşı iddiaları mövcuddur". Bu sözləri SİA-ya açıqlamasında siyasətçi, Azad Vətən Partiyasının sədri Akif Nağı deyib.

Siyasətçi bildirib ki, İran islam inqilabından sonra dünyada islam ölkələrinin lider dövlətinə çevrilmək istəyir: "Bir sözlə İran şiə ölkələrinin liderinə çevrilmək istəyir. Bununla yanaşı İran süni məzhəbinə xidmət edən şəxslərində hüquqlarını müdafiə edir. Bunun nəticəsində isə İran Fələstinin müdafiəsini məsələsini seçib.

1970-ci illərdə islam inqilabı başlayanda ən vacib məsələlərdən biri də Fələstin idi. Bəzi dövlətlər İsraili, bəziləri isə Fələstin dövlətinin tərəfini müdafiəsini seçdi. Bununla da İran İsrailə qarşı öz mövqeyini bildirdi.

İsrail regionda aparıcı dövlətlərdən birinə çevrilmək istəyir. Uzun illərdən sonra İsrail çətinliklədə olsa regiona qayıda bilib. İsrail özünün qədim tarixinə uyğun dövlətini qurmağa çalışır. Lakin dövlət yarandığı gündən çətinliklərlə üzləşirdi, çünki ətrafı müsəlman ölkələri ilə əhatələnib. İsrail ölkəsi isə özünü müdafiə üçün hücum mövqeyinə keçdi. İsrail dövləti ilk növbədə Fələstin torpaqlarının sahibi kimi özünü göstərməyə çalışdı. İsrailin bu hərəkəti isə müsbət bir tendensiya deyildi, başqalarının ərazilərinə qəsd etmək hərəkətidir. Ən əsası əgər BMT-nin qərarı ilə iki dövlət yaranırsa, bu qərara hörmətlə yanaşmaq lazım idi".

Onun sözlərinə görə, İran-İsrail dövlətləri ortaq məxrəcə gəlmək üçün dialoqa getməlidirlər: "İran dövləti başa düşməlidir ki, sonra qədər "İsrail məhv olmalıdır" tezisi davam etmək olmaz. İsrail isə İranı özündən asılı hala salmaq, zəiflətmək və s. fikirlərdən daşınmalıdır. Eyni zamanda İsrail regionda işğal etdiyi ərazilərdən geri çəkilməlidir. İranın istəyidə bundan irəli gəlir. İsrail dövləti özüdə başa düşməlidir ki, işğalcı mövqe ilə davam etmək olmaz, çünki nəticədə dost yox, düşmən qazanır.

İsrailin fəaliyyət xətti bundan ibarətdir ki, torpaqları işğal edir, ərəb ölkələri isə bununla razılaşmalıdırlar. Başqa tərəfdən isə Fələstin razılaşmalıdır ki, Fələstin adlı dövlət artıq olmayacaqdır. İsrail Misir, İordaniya kimi ölkələrə qarşıda işğalçı münasibət nümayiş etdirir. Bu hal heç bir ölkə tərəfindən xoş qarşılana bilməz"- deyə sədr əlavə edib.

Müəllif: Xeyrənsə Piriyeva
Seçilən
9
50
sia.az

10Mənbələr