ABŞ-nin keçmiş prezidenti Co Bayden bildirib ki, Vaşinqtonun dünya arenasından çəkiləcəyi qorxusu fonunda ona bir sıra Avropa liderlərindən zənglər gəlir və ondan qoşulmalarını xahiş edirlər.
Qaziler.az-ın məlumatına görə, “The Wall Street Journal” dərc etdiyi məlumatda Baydenin bunu etmədiyini, sadəcə məsləhətlərini bölüşdüyünü qeyd edib.
San Diyeqoda keçirilən SHRM konfransındakı çıxışında siyasətçi şikayət edib ki, hazırkı hakimiyyət onun administrasiyasının əsas nailiyyətlərini puça çıxarır. Bayden hesab edir ki, NATO onun prezidentliyi dövründə xeyli güclənib, lakin indi ABŞ-nin dünya arenasını tərk etmə riski var.
“Mənə bir sıra Avropa liderlərindən zənglər gəlir, təfərrüatlara getməyəcəm, bunu edə bilmərəm. Məndən qoşulmaq üçün xahiş edirlər, mən bunu etmirəm, amma məsləhət verirəm”, - Bayden deyib.
Sabiq prezident əlavə edib ki, o, ölkənin siyasi həyatında iştirakını davam etdirir. 82 yaşlı siyasətçinin sözlərinə görə, Demokratlar və Respublikaçılar partiyalarından olan qanunvericilər onunla məsləhətləşirlər.
QAZİLER.AZ