AZ

Bayden: Avropa liderləri məndən siyasətə qayıtmağımı xahiş edir

ABŞ-ın keçmiş prezidenti Co Bayden bildirib ki, Avropa liderləri ona zəng edərək siyasətə qayıtmasını xahiş edirlər. 

HİT.az bu barədə "The Wall Street Journal"a istinadən xəbər verir.

"Mən siyasəti qoşulmağı xahiş edən bir sıra Avropa liderlərindən zənglər alıram. Təfərrüatlara varmayacağam, bunu edə bilmərəm. Mən siyastə qayıtmıram, amma məsləhət verirəm", deyə Bayden bildirib.

O, həmçinin bildirib ki, ABŞ prezidenti kimi üzərində çox çalışdığı işlərin çoxu indiki Ağ Ev administrasiyası tərəfindən ləğv edilib. Xüsusilə Bayden NATO-nun adını çəkərək bildirib ki, onun dövründə alyans xeyli güclənib və indi ABŞ-ın dünya səhnəsini tərk etməsi riski var.

Bundan əvvəl ABŞ prezidenti Donald Tramp Baydeni ABŞ tarixinin ən pis prezidenti adlandırıb, həmçinin onun digər sələflərini - Barak Obama və Corc Buşu tənqid edib. 

İyunun 5-də Tramp Baydenin səhhəti ilə bağlı araşdırma aparılmasına göstəriş verib. O, xüsusən də keçmiş prezidentin köməkçilərinin onun vəziyyəti ilə bağlı məlumatları gizlətmədiyini öyrənmək istəyib. Amerika lideri həmçinin demokratların köməkçilərinin sənədləri imzalamaq üçün qələmdən istifadə edib-etməməsi ilə bağlı araşdırma aparılmasına göstəriş verib.

Samir

Seçilən
17
8
hit.az

6Mənbələr