Avropa liderləri ABŞ-ın keçmiş prezidenti Co Baydenə zəng edərək ondan siyasətə qayıtmasını xahiş edirlər.
Publika.az "New York Post"a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın keçmiş liderinin özü məlumat verib.
"Mənə zənglər gəlir. Təfərrüata varmayacağam. Bir sıra Avropa liderləri bunu məndən xahiş edirlər", - deyə Bayden əlavə edib.
Siyasətçi həmçinin deyib ki, o, zəng edib danışmaq və hər şeyi müzakirə etmək istəyən bir çox Demokrat və Respublikaçı həmkarları ilə iş aparır.