ain.az, Azvision portalına istinadən məlumat yayır.
AzVision.az xəbər verir ki, Ermənistanın Xarici İşlər nazirliyinin bəyanatına istinad edən Rusiya mediası belə məlumat yayıb. “Şanxay Əməkdaşlıq Təşkilatının əsas prinsiplərini, yəni ərazi bütövlüyü, güc tətbiq olunmaması və sərhədlərin toxunulmazlığını bölüşən Ermənistan Respublikası ŞƏT-ə üzv olmaq arzusunu ifadə edib”, - məlumatda vurğulanır.
Ağazaryan: “Ermənistan təxribatçıdır” | VİDEO
Maraqlıdır ki, elə bu gün Ermənistan parlamentinin deputatı Ovik Ağazaryan Moskvanı rəsmi İrəvanın təxribatlarına uymamasına çağırdığına görə hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının üzvlərinin hücumlarına məruz qalıb. Bu baxımdan, Qərblə ikibaşlı oyunlar aparan Ermənistanın Çin və Rusiyanın lider olduqları ŞƏT-ə üzlüyü barədə iddiaları ən azı təəccüblü görünür. Sahil İsgəndərov
AzVision.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.