AZ

32 mindən çox abituriyent ixtisas seçimindən imtina etdi

2024-cü il ali təhsil müəssisələrinə qəbul kampaniyasında 60457 abituriyent ixtisas seçimi mərhələsində iştirak edib.

Bununla belə, 32523 nəfər abituriyent (yəni 34.98%) imtahanda müsabiqədə iştirak etmək hüququ qazansa da, ixtisas seçimi mərhələsində iştirak etməyib.

AzEdu.az Dövlət İmtahan Mərkəzinin (DİM) “Abituriyent” jurnalının №12 (2024) buraxılışından əldə etdiyi məlumata əsasən xəbər verir ki, bu şəxslərin bir qismi arzu etdikləri ixtisaslara qəbul olmaq üçün kifayət qədər yüksək bal toplamadıqlarına, digərləri isə xarici ölkələrin ali məktəblərinə sənəd verdiklərinə görə müsabiqəyə qatılmayıb

Seçilən
13
50
azedu.az

10Mənbələr