AZ

"Qeyri-neft sektorunun yüksək gəlirə və ixracdan gələn valyutaya ehtiyacı var"

Azərbaycanda ən böyük problemlərdən biri də işsizlik və vətəndaşların sürətli şəkildə xaricə axın etməsidir. Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun inkişaf etdirilməsi günümüzün ən vacib çağırışlarındandır.

Bəs bu sahəni necə inkişaf etdirmək lazımdır?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən iqtisadçı ekspert Günay Hüseynova bildirdi ki, iş yerlərinin açılması üçün ilk növbədə hansısa məhsula tələbat olmalıdır:

"Dünyada olmayan yeni texnologiya, avadanlıq olmalıdır ki, ona tələbat olsun. Müəssisənin qurulması və tələbat amilinə qaldıqda isə ilk növbədə rəqabətqabiliyyətli, yüksək keyfiyyətə malik olmalı, həmçinin də maya dəyəri ucuz başa gəlməli, münasib qiymətə satılmalıdır ki, alıcının büdcəsinə uyğun olsun. Bu gün vətəndaşlar xarici ticarət platformalarından onlayn olaraq sifariş edirlər. Xarici ölkədən sifariş valyuta axını deməkdir, bu isə yenə də neftdən asılılıq deməkdir".

İqtisadçının sözlərinə görə, hal-hazırda Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun yüksək gəlirə və ixracdan gələn valyutaya ehtiyacı var.

"Sənaye, ev-məişət məhsulları xaricdən də idxal oluna bilər. İndiki dövr iqtisadiyyatı robot, texnologiya dövrüdür və bu sahə gəlirli hesab olunur. Ona görə də hal-hazırkı istehsalat və müəssisələr kiçik sahibkarlığa və özəlləşməyə həvalə edilməli, dövlət səviyyəsində pilot layihələr icra edilməlidir. Kənd təsərrüfatı məhsulu da idxal edilə bilər. Hansısa məhsulun 1 kiloqramı üçün 0,50 dollar ödənilə bilər, ancaq hansısa texnologiya avadanlığı üçün milyon dollarla vəsait ödənilir. İqtisadiyyatımızın məqsədli və dayanıqlı inkişafa ehtiyacı var".

Nuriyyə NATİQQIZI

Seçilən
4
50
redaktor.az

10Mənbələr