AZ

Moskvadan sonra Orenburqda da saxlanma: Daha bir azərbaycanlı “qanuni oğru” tutuldu

Azərbaycan əsilli kriminal avtoritet Vaqif Süleymanovun Moskvada saxlanmasından dərhal sonra, Orenburq şəhərində daha bir nüfuzlu şəxs – Zaura qarşı əməliyyat keçirilib.

Turkustan.az xəbər verir ki, yerli hüquq-mühafizə orqanları Zaur adlı şəxsin “cinayətkar iyerarxiyada ən yüksək mövqe tutmaqda” ittiham edildiyini bildiriblər.

Bu maddə Rusiya Cinayət Məcəlləsinin 210.1-ci bəndi ilə - yəni, “qanuni oğru” statusu daşımaq və ya kriminal aləmdə liderlik etmək kimi qiymətləndirilir.

Hər iki saxlanma faktı göstərir ki, Rusiya hüquq-mühafizə orqanları kriminal avtoritetlərə qarşı yeni əməliyyat dalğasına başlayıb.

Bu prosesin genişlənəcəyi istisna edilmir.

Əlavə məlumat verildikcə xəbər yenilənəcək./Musavat.com/

Seçilən
13
16
turkustan.az

7Mənbələr