Moskvada kriminal aləmdə tanınmış "qanuni oğru"lardan biri olan Azərbaycan əsilli Vaqif Bakinski (əsl adı Vaqif Süleymanov) Rusiyada yaşayış qaydalarını pozduğuna görə saxlanılıb.
Rusiya mediasında, Süleymanovun Saxarovadakı immiqrasiya mərkəzinə göndərildiyi və 3 aydan sonra Azərbaycana deportasiya ediləcəyi bildirilir. Bakinskinin paytaxt Moskvadakı bəzi kommersiya layihələri, xüsusən də Kalujskoye şossesində yerləşən “Food City” bazarı ilə əlaqəli olduğu iddia edilir.
Həmin gün cinayət dünyasında tanınmış daha bir azərbaycanlı kriminal avtoritet “Zaur” da saxlanılıb.
TAHİR