Azərbaycan əsilli kriminal avtoritet Vaqif Süleymanovun Moskvada saxlanmasından dərhal sonra, Orenburq şəhərində daha bir nüfuzlu şəxs – Zaura qarşı əməliyyat keçirilib.
Yerli hüquq-mühafizə orqanları Zaur adlı şəxsin “cinayətkar iyerarxiyada ən yüksək mövqe tutmaqda” ittiham edildiyini bildiriblər.
Bu maddə Rusiya Cinayət Məcəlləsinin 210.1-ci bəndi ilə - yəni, “qanuni oğru” statusu daşımaq və ya kriminal aləmdə liderlik etmək kimi qiymətləndirilir.
Hər iki saxlanma faktı göstərir ki, Rusiya hüquq-mühafizə orqanları kriminal avtoritetlərə qarşı yeni əməliyyat dalğasına başlayıb.
Musavat.com
Tarix: 4 İyul 2025, 00:04