AZ

“Qəbələ” gənc qanalı futbolçu ilə müqavilə imzaladı

Yeni mövsümə hazırlıqlarını davam etdirən “Qəbələ” klubu heyətini gücləndirməkdə davam edir.

Axar.az xəbər verir ki, 19 yaşlı qanalı sol cinah vingeri Prins Ovusu “qırmızı-qaralar”ın əsas komandasına cəlb olunub. O, ötən mövsümdə klubun U-19 komandasının formasını geyinib.

Gənc futbolçu ilə 3 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Prins Ovusu 2023/24 mövsümündə U-19 Liqasının gümüş mükafatçısı olub. O, çıxış etdiyi 14 oyunda 11 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Seçilən
12
19
axar.az

10Mənbələr