“Qəbələ” yeni transferinin adını açıqlayıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə klubun social media hesabında paylaşım edilib.
Klubun yeni transferi Qana əsilli Prins Ovusudur.
O, ötən mövsümdə klubun U-19 komandasının formasını geyinib. Ovusu ilə 3 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Prins ötən mövsüm U-19 Liqasının gümüş mükafatçısı olub. O, keçirdiyi 14 oyunda 11 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.