AZ

Adı "Barsa" ilə hallanan Niko "Atletik"lə 10 illik müqavilə imzaladı

İspaniya millisinin futbolçusu Niko Uilyams “Atletik” (Bilbao) ilə müqaviləsinin müddətini uzadıb.

"Unikal" klubun rəsmi saytına istinadən xəbər verir ki, 22 yaşlı vingerlə 2035-ci ilədək yeni sözləşmə imzalanıb.

Ulduz futbolçu 2021-ci ildən Bilbao təmsilçisində çıxış edir.

Niko Uilyams ölkəsinin “Barselona” və Almaniyanın “Bavariya” komandaları ilə danışıqlar aparsa da, həmin klublarla anlaşa bilməyib.

Seçilən
8
20
unikal.az

10Mənbələr