AZ

Bu məşhur Bakıya gələsi olmadı: “O, ağıllıdır, butsları kostyumla əvəzləmək asan deyil”

"Zirə"nin Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi "Hayduk"un ulduzu İvan Rakitiç karyerasını başa vurub.

Sportinfo.az “Nova TV”yə istinadən xəbər verir ki, bu barədə Split təmsilçisinin baş məçqçisi Qonsalo Qarsiya bildirib.

37 yaşlı yarımmüdafiəçinin “Hayduk”la müqaviləsi iyulun 1-də başa çatıb. Rakitiç tezliklə klubun idman departamentində işləyəcək.

“Rakitıç karyerasını bitirir. O, ağıllıdır, yaxşı ideyaları var və futbolu mükəmməl anlayır. Amma hazırda onun üçün çətin bir dövrdür. Butsları kostyumla əvəzləmək asan deyil” – deyə, baş məşqçi açıqlama verib.

İvam Rakitıç Xorvatiya millisinin heyətində 2018-ci il dünya çempionatının gümüş medalçısı, “Barselona” ilə 2014/2015 mövsümündə UEFA Çempionlar Liqasının qalibi, “Sevilya” ilə 2013/2014 və 2022/2023 mövsümlərində UEFA Avropa Liqasının qalibi olub.

"Zirə" ilə "Hayduk" arasında ilk oyun iyulun 23-də "Neftçi Arena"da, cavab görüşü ayın 31-də "Polyud Stadium"da keçiriləcək.

Seçilən
17
27
sportinfo.az

10Mənbələr