AZ

“Zirə”nin rəqibindən növbəti qələbə

style='margin-bottom:10px;'>

UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsində “Zirə”nin rəqibi olan “Hayduk” növbəti yoxlama oyununu keçirib. 

QOL.az xəbər verir ki, Xorvatiya təmsilçisi Sloveniya toplanışı çərçivəsində yerli “Radomlje” ilə üz-üzə gəlib. 

Matç “Hayduk”un 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunun taleyini həll edən yeganə qolu 47-ci dəqiqədə Mikele Şeqo vurub. 

Bu, Split klubunun Sloveniya toplanışı çərçivəsində ikinci qələbəsidir. “Hayduk” ilk matçında ÇSKA-nı (Sofiya) 1:0 hesabı ilə məğlub edib. 

Qeyd edək ki, “Zirə” və “Hayduk” arasındakı ilk görüş iyulun 23-də Bakıda, cavab qarşılaşması isə 31 iyulda Splitdə keçiriləcək.

Seçilən
10
2
teleqraf.com

10Mənbələr