BAKI, TurkicWorld
Tramp diqqəti yalnız özünə çəkməyə çalışan biridir.
TurkicWorld xəbər verir ki, Almaniyanın keçmiş kansleri Angela Merkel ABŞ prezidenti Donald Trampı tənqid edərək onun siyasətə “sahibkar gözü ilə” yanaşdığını və daim diqqət mərkəzində olmağa çalışdığını bildirib.
Merkel çıxışında 2017-ci ilin martında Tramp ilə Oval Ofisdə baş tutan görüşü xatırladaraq, Trampın media qarşısında onunla əl sıxmaqdan imtina etdiyini, lakin qapalı görüşdə bunu etdiklərini qeyd edib. “Mən media qarşısında ‘əl sıxdıq’ dediyim üçün səhv etdim. Tramp diqqəti üzərinə cəmləmək və hamının ona baxmasını təmin etmək istəyirdi” - deyə o bildirib.
Keçmiş kansler həmçinin vurğulayıb ki, Trampın son vaxtlar beynəlxalq gündəmi zəbt edən əlavə gömrük rüsumları siyasəti də bu diqqət cəhdinin bir hissəsidir. Merkel Avropa ölkələrinin bu siyasət qarşısında geri addım atmadan birlikdə dayanmalı və öz vergiləri ilə cavab verməli olduğunu deyib.
Qeyd edək ki, Angela Merkel kansler vəzifəsindən ayrıldıqdan sonra beynəlxalq səviyyədə az-az çıxış etsə də, Tramp administrasiyası ilə bağlı keçmiş təcrübələrini müxtəlif platformalarda bölüşməyə davam edir.