AZ

Merkel Ağ Evdə Trampla görüşündən danışdı: Əlimi sıxmadı

BAKI, 4 iyul. TELEQRAF

Almaniyanın keçmiş kansleri Angela Merkel ABŞ Prezidenti Donald Trampın 2017-ci ildə Ağ Evdə keçirilən görüşdə onun əlini sıxmaması barədə danışıb.

Teleqraf xəbər verir ki, o, ABŞ liderini “diqqət mərkəzində olmağa çalışan adam” adlandırıb.

“Ona “Donald, sənin əlini sıxmaq istəyirəm” dedim, o isə bunu etmədi. Diqqəti özünə çəkmək istəyirdi. Onun istədiyi də budur - diqqət çəkmək və hamının ona baxmasını təmin etmək”, - Merkel bildirib.

Keçmiş kansler Avropa İttifaqını birləşməyə və ABŞ prezidenti tərəfindən təzyiqlərə məruz qalmamağa, əks tədbirlər görməyə çağırıb.

Seçilən
6
5
teleqraf.com

10Mənbələr