İtaliyanın paytaxtı Roma şəhərində yanacaqdoldurma məntəqəsində güclü partlayış baş verib.
News365.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 21 nəfər xəsarət alıb.
Yaralılar arasında polis, yanğınsöndürən və tibb işçiləri də var.
Bildirilib ki, hadisə yerli vaxtla 8:15-də baş verib. Belə ki, ard-arda 2 partlayış olub və məktəbin yaxınlığında baş verdiyi ehtimal olunur.
Həmçinin partlayışdan sonra baş verən yanğın yaxınlıqdakı depoya keçib, yaranan şok dalğası isə yaxınlıqdakı binalara ziyan vurub.