AZ

Yanacaqdoldurma məntəqəsində güclü partlayış- Yaralılar arasında polis və tibb işçiləri də var

İtaliyanın paytaxtı Romada bu gün səhər saatlarında yerləşən yanacaqdoldurma məntəqəsində güclü partlayış baş verib. AzPost xəbər verir ki, partlayış o qədər şiddətli olub ki, səsi şəhərin bir neçə rayonunda eşidilib. Hadisənin ildırım vurması nəticəsində baş verdiyi ehtimal olunur.

İlk olaraq “Express” portalının yaydığı məlumata əsasən, partlayış nəticəsində azı on nəfər xəsarət alıb. Onların arasında səkkiz polis əməkdaşı, bir yanğınsöndürən və məntəqədə çalışan operator yer alır. Yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib.

Yanğınsöndürənlər hadisə yerində alovla mübarizəni davam etdirirlər. Şəhər fövqəladə xidmətləri təhlükəsizlik tədbirləri çərçivəsində yaxınlıqdakı metro stansiyasını bağlayıb. Partlayış baş verən ərazi bir məktəbə yaxın yerləşdiyindən, dərhal şagirdlərin təxliyəsi həyata keçirilib.

İlkin məlumatlara görə, yanğınsöndürənlər boru kəmərinə çırpılan yük maşını səbəbindən hadisə yerinə çağırılıb. Onlar əraziyə çatdıqda isə artıq partlayış baş verib və bir neçə tibb işçisi də hadisə zamanı xəsarət alıb.

İtaliyanın baş naziri Giorgia Meloni fövqəladə hadisəyə dərhal reaksiya verib. O, Roma meri Roberto Qualtieri və nazir müavini Alfredo Mantovano ilə əlaqə saxlayaraq vəziyyətlə bağlı operativ məlumat alıb. Meloni ictimaiyyətə hadisənin gedişatını şəxsi nəzarətdə saxladığını bəyan edib.

AzPost.az

Seçilən
10
50
azpost.info

10Mənbələr