AZ

Yanacaqdoldurma məntəqəsində partlayış - ViDEO

İtaliyanın paytaxtı Roma səhər saatlarında baş verən iki ardıcıl partlayışla sarsılıb. Hadisə şəhərin Villa De Santis bölgəsindəki yanacaqdoldurma məntəqəsinin qaz anbarında qeydə alınıb. Partlayış nəticəsində ən azı 21 nəfər yaralanıb, ətrafdakı binalara və obyektlərə ciddi ziyan dəyib.

 

Sfera.az “Sözcü”yə istinadən xəbər verir ki, ilkin partlayış səhər saatlarında güclü səs və qaz qoxusu ilə müşayiət olunub. Qısa müddət sonra yanğın başlayıb və hələ vəziyyət nəzarətə alınmamış, ikinci bir partlayış baş verib. Hadisə bölgə sakinləri arasında böyük panikaya səbəb olub. Bəzi sakinlərin evlərini tərk edərək küçələrə axışdığı bildirilir.


Hadisə yerinə yanğınsöndürənlər və təcili tibbi yardım briqadaları cəlb olunub. 21 yaralıya hadisə yerində ilkin tibbi yardım göstərilib. Partlayışın yaxınlığında yerləşən bir idman klubunun binası ağır ziyan görüb və struktur təhlükəsi səbəbilə müvəqqəti bağlanıb.


Rəsmilər hadisə ilə bağlı araşdırmalara başlandığını açıqlayıb. İlkin ehtimallara görə, partlayışlara qaz sızması səbəb olub, lakin dəqiq səbəb texniki ekspertizalardan sonra müəyyən ediləcək.

 

Bəsti Rəfizadə
Sfera.az

 

 

Seçilən
11
29
sfera.az

10Mənbələr