AZ

İƏT ölkələrindən Azərbaycana gələn turistlərin sayı 22%-dən çox artıb - CƏDVƏL

2025-ci ilin yanvar-may aylarında İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrdən Azərbaycana turizm məqsədilə gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayı 161 541 nəfər təşkil edib.

Finss.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatları əsasında aparılan hesablamalarda bildirilir.

Hesabat dövründə Azərbaycaya gələn turistlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 29 251 nəfər və ya 22,1% artıb. 2024-cü ilin yanvar-may aylarında bu rəqəm 132 290 nəfər idi.

Ən çox səfər edənlər Türkiyə vətəndaşları olub – 80 251 nəfər. Ardınca Qazaxıstan (28 558 nəfər), Pakistan (23 416 nəfər), Özbəkistan (10 814 nəfər) və İran (6 538 nəfər) gəlir. Bu ölkələrdən gələnlərin sayında ümumilikdə artım müşahidə edilib.

2025 və 2024-cü illərin yanvar-may ayları üzrə müqayisəli cədvəl:

Ölkə 2025 (nəfərlə) 2024 (nəfərlə) Artım (nəfər) Artım (%)
Türkiyə 80 251 60 827 +19 424 +31,9%
Özbəkistan 10 814 9 738 +1 076 +11,0%
Qazaxıstan 28 558 24 244 +4 314 +17,8%
Qırğızıstan 2 192 1 860 +332 +17,8%
Türkmənistan 6 831 7 578 −747 −9,9%
Tacikistan 2 941 1 561 +1 380 +88,4%
Pakistan 23 416 21 287 +2 129 +10,0%
İran 6 538 5 195 +1 343 +25,9%
Əfqanıstan - - - -
Cəmi 161 541 132 290 +29 251 +22,1%

Bu artım İƏT ölkələri ilə Azərbaycan arasında artan turizm əlaqələrinin və regional əməkdaşlığın gücləndiyini göstərir.

Fuad Mədətov
Finss.az

Seçilən
7
50
fins.az

10Mənbələr