2025-ci ilin yanvar-may aylarında “Atəşgah Həyat” Sığorta Şirkəti ASC 49 milyon 604 min manat sığorta haqqı toplayıb.
FED.az xəbər verir ki, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 10 milyon 124 min manat və ya 25,6% artım deməkdir. Beləliklə, ötən ilin yanvar-may aylarında şirkət 39 milyon 480 min manat sığorta haqqı toplamışdı.
Sığorta ödənişlərinə gəlincə isə cari ilin ilk beş ayında “Atəşgah Həyat” Sığorta Şirkəti ASC 22 milyon 176 min manat sığorta ödənişi həyata keçirib. Bu, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 893 min manat və ya 4,2% artım deməkdir. Nəticədə, ötən ilin eyni dövrü üzrə şirkətin sığorta ödənişləri 21 milyon 283 min manat təşkil edib.
“Atəşgah Həyat” Sığorta Şirkəti ASC-nin əldə etdiyi göstəricilər onun müştərilər qarşısında öhdəliklərini yüksək səviyyədə icra etmə bacarığını aydın şəkildə nümayiş etdirir. ISO 9001:2015 standartlarına uyğun fəaliyyət göstərən şirkət, xidmət keyfiyyətinin artırılması və müştəri məmnuniyyətinin təmin olunması istiqamətində davamlı inkişaf strategiyasını uğurla həyata keçirir.