AZ

Azərbaycan millisinin böyük məşqçisi: "Avropa çempionatında yüksək nəticə göstərdik"

Azərbaycanın yunan-Roma güləşçiləri İtaliyanın Kaorle şəhərində keçirilən U-20 Avropa çempionatında yüksək nəticə göstəriblər.

"Report" xəbər verir ki, bunu Azərbaycan Güləş Federtasiyasının mətbuat xidmətinə açıqlamasında millinin böyük məşqçisi Nurəddin Rəcəbov deyib.

Mütəxəssis Gürcüstan komandasından cüzi xalla geri qaldıqlarını və buna görə ikinci yeri tutduqlarını söyləyib:

"Yarışda Avropanın ən güclü güləşçiləri iştirak edirdi. Ölkə daxili və xarici təlim-məşq toplanışlarımızı təşkil edən federasiyamıza təşəkkür edirəm. Qazandığımız medallar da bunun nəticəsidir. Bu uğurlarda payı olan hər kəsə minnətdaram. Güləşçilərimizin 30 faizi zədəli idi. Düzdür, daha çox qızıl medal qazana bilərdik. Buna da şükür. Düşünürəm ki, yüksək nəticə göstərdik. Əsas məqsədimiz böyüklər üçün güləşçiləri düzgün formada hazırlamaqdır. İnanıram ki, bu uşaqlardan olimpiya medalçıları, hətta çempionu da olacaq”.

Qeyd edək ki, Azərbaycanın yunan-Roma güləşi millisi U-20 Avropa çempionatında bir qızıl, üç gümüş və iki bürünc medalla komanda hesabında 2-ci yeri tutub.

Seçilən
3
50
report.az

10Mənbələr