AZ

Millimizin böyük məşqçisi: “Bu uşaqlardan olimpiya medalçıları, hətta çempionu da olacaq”

ain.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.

“Yarışda Avropanın ən güclü güləşçiləri iştirak edirdi”.

İdman.biz xəbər verir ki, bunu Azərbaycanın yunan-Roma güləşi üzrə U-20 millisinin böyük məşqçisi Nurəddin Rəcəbov deyib.

O, Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə Avropa çempionatını dəyərləndirib. Rəcəbov bildirib ki, yığmamız Gürcüstan komandasından cüzi xalla geri qaldıqları üçün komanda hesabında ikinci yeri tutublar: “Ölkə daxili və xarici təlim-məşq toplanışlarımızı təşkil edən federasiyamıza təşəkkür edirəm. Qazandığımız medallar da bunun nəticəsidir. Bu uğurlarda payı olan hər kəsə minnətdaram. Güləşçilərimizin 30 faizi zədəli idi. Düzdür, daha çox qızıl medal qazana bilərdik. Buna da şükür. Düşünürəm ki, yüksək nəticə göstərdik. Əsas məqsədimiz böyüklər üçün güləşçiləri düzgün formada hazırlamaqdır. İnanıram ki, bu uşaqlardan olimpiya medalçıları, hətta çempionu da olacaq”.

Qeyd edək ki, Azərbaycanın yunan-Roma güləşi millisi U-20 Avropa çempionatında bir qızıl, üç gümüş və iki bürünc medalla komanda hesabında 2-ci yeri tutub.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
6
35
icma.az

10Mənbələr