AZ

Meksika meri timsahla evlənir

BAKI. 5 iyul. TELEQRAF

Meksikanın San Pedro Huamelula şəhərinin meri Daniel Qutyerres timsahla simvolik nikaha daxil olub.

Teleqraf xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Agentliyin məlumatına görə, Qutyerres yerli əhalinin “kiçik şahzadə” adlandırdığı yırtıcı sürünənlə evlənib. Mərasimdən əvvəl ağ gəlinlik geyindirilmiş timsah küçədə nümayiş etdirilib.

Qeyd olunur ki, yerli inanclara görə, timsah Yer Ananı təcəssüm etdirən tanrı hesab olunur. Müvafiq olaraq, “tayfa başçısı” ilə evlilik tanrılar dünyası ilə insanların birləşməsini simvollaşdırır. Ritualın 230 ildən çox yaşı var, yerli sakinlər hələ də bu birliyin firavanlıq, yaxşı məhsul və zəngin ov gətirdiyinə inanırlar.

Seçilən
0
2
teleqraf.com

6Mənbələr