Meksikanın San Pedro Huamelula şəhərində bələdiyyə sədri olan Daniel Qutyerres “kiçik şahzadə” adlandırılan timsahla simvolik nikaha daxil olub.
Publika.az “Reuters”ə istinadən xəbər verir ki, mərasimdən əvvəl ağ gəlinlik geyindirilmiş dişi timsah küçələrdə gəzdirilib.
Timsah hətta bəzi evlərə də qonaq olub və sakinlər onun ətrafında rəqs ediblər.
Qeyd edək ki, yerli inanclara görə, timsah Yer Ananı təcəssüm etdirən tanrı hesab olunur. Onun “tayfa başçısı” ilə evliliyi tanrılar dünyası ilə insanlar dünyasının birləşməsini simvollaşdırır. Ritualın 230 ildən çox yaşı var və yerli sakinlər hələ də bu birliyin firavanlıq, yaxşı məhsul və çoxlu balıq gətirdiyinə inanırlar.