Yenisabah saytına istinadən ain.az xəbər verir.
ABŞ-nin prezidenti Donald Tramp Yaxın Şərqdə baş verənlərə münasibət bildirərək, Qəzza ilə bağlı ümidverici açıqlama verib. O, gələn həftə bölgədə atəşkəs razılaşmasının əldə olunacağını iddia edib.
“Yaxın günlərdə Qəzza üçün böyük bir atəşkəs razılaşması gözlənilir. Bu məsələ üzərində ciddi danışıqlar gedir. Məncə, artıq yolun sonuna yaxınlaşırıq”, – deyə Tramp bildirib.
O, bu açıqlamanı Seçki mitinqində çıxışı zamanı səsləndirib. Qeyd edək ki, ABŞ-da prezident seçkilərinə az vaxt qalıb və Tramp hazırda Respublikaçıların namizədi olaraq kampaniyasını davam etdirir. Dominos pizza
Trampın bu bəyanatı İsrail və HƏMAS arasında gedən dolayısı danışıqların nəticə verə biləcəyi ehtimallarını gücləndirib. Lakin rəsmi dairələr hələlik bu açıqlamaya reaksiya verməyib.
Rəvan Rzazadə
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.