AZ

Bu zənglər təhlükə yaradacaq - XƏBƏRDARLIQ

Almaniyada telefonla edilən dələduzluq hallarında ciddi artım qeydə alınıb. Xüsusilə Hamburq mərkəzli çağrı mərkəzlərinə aid nömrələrin iyun ayında verilən spam şikayətlərinin yarısından çoxunu təşkil etdiyi bildirilir.

 

Sfera.az xəbər verir ki, telefon təhlükəsizliyi üzrə tanınmış tətbiq “Clever Dialer” 2025-ci ilin iyun ayına dair məlumatları ictimaiyyətlə bölüşərək ən təhlükəli 10 spam nömrəni açıqlayıb. Dələduzların əsas metodu saxta mükafat vədləri və hüquqi təhdidlərə əsaslanır. Onlar qarşı tərəfə sanki ad, ünvan və doğum tarixi kimi şəxsi məlumatlara sahib imiş kimi davranır və sonra “Qazandığınız mükafatı almaq üçün abunəliyi ləğv etməsəniz, hər ay 80 avro ödəməli olacaqsınız” kimi panikaya səbəb olan ifadələr işlədirlər.

 

Bəziləri isə özlərini “Lotto24 ləğvetmə xətti” kimi təqdim edərək insanları aldatmağa çalışırlar. Ən təhlükəli 10 spam nömrə belədir: 040 855983155 (Hamburg) 0163 4564718 (Almaniya) 0211 95586809 (Almaniya) 0211 95586810 (Almaniya) 040 855983156 (Hamburq) 040 855983154 (Hamburq) 040 855983153 (Hamburq) 0176 36626604 (Almaniya) 040 855983159 (Hamburq) +31 6 26295287 (Hollandiya) Mütəxəssislər bildirirlər ki, bu nömrələr vasitəsilə gündə bir neçə dəfə zəng edən dələduzlar əsasən yaşlı və rəqəmsal savadlılığı zəif olan şəxsləri hədəfə alır. Mütəxəssislər bildirir ki, bu cür hallardan qorunmağın ən effektiv yolu maariflənmək və ehtiyatlı davranmaqdır.

 

Bəsti Rəfizadə

Sfera.az

 

Seçilən
4
47
sfera.az

10Mənbələr