AZ

Erməni nəşri: “Paşinyan konstitusiyanı bu il dəyişdirə bilər”

Tribuna portalından verilən məlumata əsasən, ain.az bildirir.

“Ermənistanın baş naziri Nikol Paşinyan 2018-ci ildə konstitusiyanın dəyişdirilməsinə zərurət görmədiyini deyirdi. Lakin 2024-cü ildə Prezident İlham Əliyevin dəyişiklik tələbi ortaya çıxan kimi, Paşinyanın da sifəti çönməyə başladı”. Tribunainfo.az xəbər verir ki, bu sözlər Ermənistanda nəşr olunan “Hraparak” qəzetində dərc edilmiş məqalədəndir.

Qəzet yazır ki, proseslər ötən ilin 5 iyulundan start götürüb. “O həmin ilin iyulun 5-də israr etməyə başladı ki, konstitusiya dəyişdirilməlidir. Hətta xalqın bunu tələb etdiyini dilə gətirdi. Gözləyək, görək, Ermənistan konstitusiyası 2025-ci ildə dəyişdiriləcəkmi?”

Fərda Uğur

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
7
20
tribunainfo.az

10Mənbələr