AZ

Rusiyalılara daha Qırğızıstan vətəndaşlığı verilməyəcək

"Rusiyalılara Qırğızıstan vətəndaşlığının verilməsi dayandırılıb".

Bizim.Media xəbər verir ki, bu barədə Qırğızıstan pasportu üzrə məsləhətçi Mixail Juxovitski öz "Telegram" kanalında bildirib.

O dəqiqləşdirib ki, yanvarın 24-dən sonra təqdim edilən ərizələr üzrə pasportlar alına bilməz.
 

"İndi Qırğızıstan vətəndaşlığını almaq mümkün deyil. Heç bir pulla almaq olmaz.. Və bunu bütün icraçılar, vasitəçilər, məmurlar bilirlər - onlar qəsdən dələduzluq üçün pul yığırlar", - deyə o vurğulayıb.


Juxovitskinin sözlərinə görə, bu ilin yanvarından Qırğızıstanın Dövlət Milli Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyi bir nəfərin də ərizəsini təsdiq etməyiblər.

Bizim.Media

Seçilən
7
9
bizim.media

10Mənbələr