Unikal.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Şəkidə iki avtomobil toqquşub.
"Unikal" xəbər verir ki, hadisə bu gün Şəki-Qax yolunun rayonun Aşağı Göynük kəndi ərazisindən keçən hissəsində baş verib.
Belə ki, hərəkətdə olan "Mersedes" markalı minik avtomobili ilə Göyçay rayon sakini 1979-cu il təvəllüdlü Muradov Anar Neymət oğlunun idarə etdiyi "Ford Transit" markalı yük avtomobili toqquşub. Hadisə zamanı ikisi azyaşlı olmaqla 3 nəfər təcili yardım avtomobili ilə Şəki rayon Mərkəzi xəstəxanasına aparılıblar.
Faktla bağlı araşdırma aparılır.
Seymur Əli
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.