AZ

Ukrayna rekord qırdı: Rusiya topunu 25 km məsafədən məhv etdi...-RƏSMİ

Ukrayna Silahlı Qüvvələri rekord qırıb-  Rusiya ordusuna məxsus topu 25 km məsafədən məhv ediblər.
 
Moderator.az-ın "TSN"-ə istinadla verdiyi xəbərə görə, 17-ci Poltava Briqadasının "Reyd" və Ayrı-ayrı Artilleriya Briqadasının xüsusi qüvvələri Donetsk bölgəsi və Zaporojye istiqamətində düşmənin hədəflərini tapıb məhv ediblər.
 
Ukrayna Milli Qvardiyasının komandiri Aleksandr Pivnenko bildirib ki, ukraynalı əsgərlər 152 mm-lik Rusiya topunu 25 km məsafədən, "Zuzana 2" özünühərəkətli artilleriya qurğusundan istifadə edərək məhv ediblər.
 
Bu uğur, Ukrayna Silahlı Qüvvələrinin dəqiqliklə hədəfi vurma üzrə rekordlarından biri olub. Əməliyyat hər iki briqadanın səmərəli əməkdaşlığının nəticəsidir.
 
Bundan əlavə, Ukrayna Xüsusi Əməliyyat Qüvvələri sərhəd yaxınlığında düşmənin mövqeyinə uğurlu hücum ediblər. Nəticədə, 4 rus hərbçisi öldürülüb, bir nəfər isə əsir götürülüb.
Seçilən
13
50
moderator.az

10Mənbələr