AZ

Rusiya vətəndaşlarına bu pasportları dəyişmək göstərişi verildi

Rusiya vətəndaşının xəstəliyə və ya plastik əməliyyata görə xarici görünüşü əhəmiyyətli dərəcədə dəyişibsə, pasportu dəyişdirilməlidir.

 

Sfera.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyi məlumat yayıb.

 

“Xəstəlik və ya tibbi müdaxilə nəticəsində xarici görkəmində əhəmiyyətli dəyişikliklər olarsa, pasport dəyişdirilir”, - məlumatda bildirilib.

 

Həmçinin xatırladılıb ki, təhlükəsizlik elementlərinin pozulması, zədələnməsi səbəbindən pasportda müəyyən məlumatların olması və ya məzmunu müəyyən etmək mümkünsüzdürsə, dəyişdirilməlidir.

Seçilən
0
50
sfera.az

10Mənbələr