AZ

Anj-Yoan Bonni “İnter”də - Rəsmi

İtaliyanın “Parma” klubunun 21 yaşlı fransalı mərkəz hücumçusu Anj-Yoan Bonni bundan sonra “İnter”in uğurları üçün çalışacaq.

Arena.az bu barədə “İnter”in mətbuat xidmətinə istinadən məlumat verir.

Tərəflər 5 illik – müddəti 2030-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıblar.

Keçid İtaliya nəhənginə 23 milyon avro məbləğ müqabilində başa gəlib.

Anj-Yoan Bonni “Şatoru”nun məzunudur və doğma klubundan başqa ancaq “Parma”da çıxış edib.

2024/2025-ci illər mövsümündə Bonni “səlibçilər”in heyətində 38 oyuna 6 qol və 4 məhsuldar ötürmə ilə fərqlənib.

Bonni Fransanın U-19, U-20 və U-21 yığmalarına cəlb edilib, “xoruzlar”ın əsas yığmasına isə hələ dəvət almayıb.

Gənc futbolçu “Parma” ilə 2023/2024-cü illər mövsümü İtaliya B Seriyasının qalibi olub.

“Transfermarkt” internet-portalı 21 yaşlı fransalı mərkəz hücumçusunun transfer dəyərini 20 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
9
21
arena.az

7Mənbələr