AZ

Martin Subimendi “topçu” oldu

“Real Sosyedad”ın 26 yaşlı ispan dayaq yarımmüdafiəçisi Martin Subimendi bundan sonra “Arsenal”ın uğurları üçün çalışacaq.

Arena.az bu barədə “Arsenal”ın mətbuat xidmətinə istinadən məlumat verir.

Tərəflər 5 illik – müddəti 2030-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıblar.

Keçid London təmsilçisinə 65 milyon avro məbləğ müqabilində başa gəlib. “Topçular” müvafiq məbləği “Real Sosyedad”a mərhələli surətdə ödəyəcəklər.

Martin Subimendi “Real Sosyedad”ın məzunudur və böyük futbol karyerası ərzində ancaq San-Sebastyan klubunun uğurları üçün çalışıb.

2024/2025-ci illər mövsümündə Subimendi “Real Sosyedad” üçün 48 oyuna çıxıb, 2 qol və 2 məhsuldar ötürmə ilə fərqlənib.

İspan “dayaqçı”nın doğma klubu üçün çıxışının ümumi mənzərəsi isə 236 oyun, 10 qol və 9 məhuslar ötürmədən ibarətdir.

Martin Subimendi 2021-ci ilin iyun ayında debüt edtdiyi İspaniya yığmasının heyətində 19 oyuna 2 qolla fərlqənib.

Subimendinin qənimətlər muzeyində “Real Sosyedad”la qazandığı İspaniya Kuboku (2019/2020) və həmçinin İspaniya yığması ilə qazandığı UEFA Millətlər Liqası (2023) və Avorpa Çempionatı (2024) var.

“Transfermarkt” internet-portalı 26 yaşlı ispan dayaq yarımmüdafiəçisinin transfer dəyərini 60 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
0
3
arena.az

7Mənbələr