AZ

“Mahnımı icazəsiz oxuyub” dedi – Sənədli cavab gecikmədi

Müğənni Cabbar Musayevin “Mərdan mahnımı oxuyan zaman məndən icazə almayıb” sözlərinə qarşı tərəfdən cavab gecikməyib.

Dərgi.az xəbər verir ki, müğənninin media meneceri Könül İbrahim icazə müqaviləsini mətbuata təqdim edib.

“Mərdan illərdir ki, retro mahnıları rok tərzində ifa edir. İndiyə kimi heç bir mahnını icazəsiz oxumayıb. Mahnının müəlliflərindən, müəlliflər yaşamırsa, ailə üzvlərindən imzalı icazə alırıq. Çünki Mərdan Kazımovun çalışdığı şirkət icazə müqaviləsi olmasa, mahnını lentə almır. Bu da Cabbar Musayevin imzaladığı icazə müqaviləsi.Bunu yalnız şirkət istəyir deyə etmir, müəlliflərə, zəhmətə hörmətdən edir. Hətta mahnıları ifa edən sənət adamları ilə də danışır hallalıq alır. İlk dəfədir belə halla qarşılaşırıq.

Cabbar bəylə də danışdıq. Bildirdi ki,yanlış anlayıb. Mərdanı başqa müğənni ilə qarışdırıb”.

Seçilən
13
46
dergi.az

10Mənbələr