“Qarabağ”dan ayrılan Yassin Benzia karyerasını Çində davam etdirə bilər.
Viral.az xəbər verir ki, “Çanqçun Yatai” azad agent statusunda olan əlcəzairli yarımmüdafiəçini heyətinə qatmaq istəyir.
Bu barədə “Africafoot” məlumat yayıb. Çin klubu 30 yaşlı futbolçuya yüksək maaş təklif edib. Benzia hələ qərarını verməyib.
Son Yazılar:
- Benzia bu kluba keçə BİLƏR
- Ermənistana yeni konstitusiya lazımdır – Paşinyan
- Aşura günündə 1213.2 litr könüllü qan verilib
Qeyd edək ki, Benzia 2023-cü ilin yanvar ayında “Qarabağ”a keçmişdi. Əlcəzair millisinin üzvü komandanın heyətində meydana çıxdığı 104 rəsmi matçda 28 qol və 25 məhsuldar ötürmə ilə yadda qalıb.