AZ

Ayağı qırılan “Bavariya”nın futbolçusu 5 ay oynamayacaq

Klublararası dünya çempionatının 1/4 finalında PSJ ilə oyunda ayağı qırılan "Bavariya"nın futbolçusu Camal Musialanın durumu bəlli olub.

Bizim.Media "Bild"ə istinadən xəbər verir ki, almaniyalı yarımmüdafiəçi 4-5 ay meydana çıxa bilməyəcək.

Onun 2025-ci ilin sonuna qədər oyunlardan kənarda qalacağı gözlənilir.

Qeyd edək ki, PSJ ilə matçın 45+4-cü dəqiqəsində rəqib qapıçısı Canluici Donnarumma ilə toqquşması nəticəsində Musiala ciddi xəsarət alıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
3
15
bizim.media

10Mənbələr