AZ

ABŞ-nin Azərbaycandakı səfirliyi Amerika vətəndaşlarına ölkəni tərk etməyə çağırdığı barədə iddiaları təkzib edib

ABŞ-nin Azərbaycandakı səfirliyi Amerika vətəndaşlarının guya dərhal ölkəni tərk etməyə çağırıldığına dair yayılan xəbərləri yalan adlandırıb.

Bu barədə səfirliyin yaydığı rəsmi bəyanatda qeyd olunub.

"Siz dezinformasiya saytları tərəfindən yayılan saxta chr("39")təcili mesajchr("39")ı görmüş ola bilərsiniz. Bu məlumatın yalan olduğu açıq-aydındır. Bununla belə, bu cür nəşrlər dezinformasiyanı müəyyən etmək baxımından mühüm dərsdir", - deyə bəyanatda bildirilib.

Diplomatik nümayəndəlik vurğulayıb ki, dəqiq və etibarlı məlumat əldə etmək üçün yalnız rəsmi mənbələrə müraciət edilməlidir: "Əgər vacib mesajlar olarsa, bu mənbələr mütəmadi olaraq yenilənir".

Səfirlik həmçinin əlavə edib ki, hazırda ABŞ vətəndaşları üçün Azərbaycana səyahət tövsiyəsi 2-ci səviyyədədir ki, bu da İtaliya və İspaniya kimi ölkələr üçün verilən tövsiyələrə uyğundur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
8
23
olaylar.az

10Mənbələr