Azərbaycanlı müğənni Albina Pyakşeva qətlə yetirilib.
Avtosfer.az bildirir ki, bu barədə Bakı Caz Festivalının direktoru Leyla Əfəndiyeva “Facebook” hesabında məlumat verib.
“Albina Pyaksheva (1993-cü il təvəllüdlü) Meksika ilə ABŞ sərhədində keçid məntəqəsini keçmək istəyərkən öldürülüb”, – paylaşımda qeyd olunub.
Xatırladaq ki, Pyakşeva Bakı Caz Festivalı çərçivəsində gənc ifaçılar arasında keçirilən “I am Jazzman” müsabiqəsinin finalçısı olub, “Səs Azərbaycan” (“Azərbaycanın səsi”) proqramında iştirak edib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta