Bakı. Trend:
İyulun 4-də Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının(ECO) 17-ci Zirvə görüşü öz işinə başlayıb. Məlumdur ki, AzərbaycanECO-ya üzv ölkələrlə həm təşkilat daxilində, həm də ikitərəfliformatda əlaqələrinin genişləndirilməsini hər zaman xüsusi diqqətmərkəzində saxlayır. Bu məqsədlə ölkəmiz mütəmadi olaraq təşkilatdaxilində bir çox sahələrdə səmərəli təklif və təşəbbüslərlə çıxışedir.
Bu sözləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı KamaləddinQafarov deyib.
O, bildirib ki, Azərbaycan artıq üçüncü dəfədir ECO-nun Zirvəgörüşünə ev sahibliyi edir. "Əvvəlki iki zirvə görüşü 2006-cı və2012-ci illərdə paytaxt Bakıda keçirilmişdir. Şübhəsiz,Azərbaycanın ECO-nun Zirvə Toplantılarına ev sahibliyi etməsi dəölkəmizin təşkilatda fəallığının bir göstəricisidir. Öz çıxışındacənab Prezident İlham Əliyev vurğuladı ki, bugünkü Zirvə görüşününməhz Qarabağda, Xankəndidə təşkil edilməsinin xüsusi mənası var.Ermənistan işğalından azad edilmiş torpaqlarımızda artıq bir neçəmühüm beynəlxalq tədbir keçirilmişdir. Şuşada 2023-cü ildəkeçirilmiş ECO-nun Nazirlər Şurası, 2024-cü ildə Türk DövlətləriTəşkilatının ilk qeyri-rəsmi Zirvə görüşü və Laçında bu ilin mayayında keçirilmiş Azərbaycan, Türkiyə və Pakistan rəhbərlərininüçtərəfli Zirvə görüşü işğaldan azad olunmuş şəhərlərimizinbeynəlxalq nüfuzunun yüksəlməsini təmin edən mötəbərtədbirlərdir."
K.Qafarovİqtisadi Əməkdaşlıq Təşkilatının beynəlxalq nüfuzununyüksəlməsi istiqamətində Azərbaycanın çalışma və səylərinin, eləcədə bu sahədə əldə olunan uğurların ECO-ya üzv ölkələrin diqqətindənkənarda qalmadığını da qeyd edərək deyib: "İqtisadi ƏməkdaşlıqTəşkilatının 17-ci Zirvə görüşü bir daha bütün dünyaya nümayişetdirdi ki, Azərbaycan yalnız öz inkişafını deyil, həm də qonşu vətərəfdaş xalqların rifahını düşünən, əməkdaşlıq yaradan birölkədir. Sammit çərçivəsində müzakirə edilən dayanıqlı inkişaf,regional əməkdaşlıq və iqlim məsələləri kimi mövzular daAzərbaycanın müəyyən olunmuş prioritetlərinə son dərəcə uyğundur.Demək olar ki, bu istiqamətlərdə Azərbaycan müasir beynəlxalqgündəliyə ən çox töhfələr verən ölkələrdən biridir.Bu baxımdankeçən il tarixdə ilk dəfə olaraq ECO məkanında keçirilmiş COP29konfransına ölkəmizin sədrliyi xüsusi qeyd olunmalıdır.Azərbaycanın təşəbbüsü ilə bu il ilk dəfə ECO Həftəsi keçirilir.Şuşada ECO-nun Biznes Forumu, Ağdamda Gənclər Forumu, Laçında isəQadınlar Forumu təşkil edilmişdir. Hazırda ECO-nun Azərbaycandayerləşəcək Tədqiqat Mərkəzinin və Təmiz Enerji Mərkəzininfəaliyyətə başlamasının təmin edilməsi istiqamətində işlər davamedir. Əlbəttə ki, bütün bunlar həm İqtisadi Əməkdaşlıq Təşkilatınıngüclənməsinə, həm beynəlxalq nüfuzunun yüksəlməsinə xidmət edir.Diqqətəlayiq haldır ki, ECO-ya üzv ölkələr tərəfindən Azərbaycanınbu kimi təşəbbüsləri yüksək qiymətləndirilir və dəstəklənir".