“Təəssüf ki, Rusiya ilə Azərbaycanın münasibətlərində müəyyən çətinliklər yaranıb. Amma mən əminəm ki, onlar xalqların maraqları və bizim münasibətlərimizin tarixi nəzərə alınmaqla dinc yolla həllini tapacaq”.
Bu sözləri Dağıstanın rəhbəri Sergey Melikov
– Dağıstanda buranı öz evi hesab edən xeyli azərbaycanlı yaşayır. Bizim münasibətlərimiz coğrafi yaxınlıqdan qat-qat artıqdır və tarixi, qohumluq əlaqələrini, mədəniyyəti əhatə edir. Azərbaycanlılar Dağıstanın köklü xalqıdırlar. Lakin indiki vəziyyətdə bizi təxribata çəkə, sonradan utanacağımız hərəkətlərə sövq edə bilərlər,- Melikov vurğulayıb.
O üzünü Dağıstan və Azərbaycan xalqlarına tutaraq, təxribatlara uymamağa çağırıb: “Təxribatlara uymayın, məişət millətçiliyi səviyyəsinə enməyin! Ancaq rəsmi məlumatlara inanın. Biz birlikdə çox şeylərdən keçmişik, bundan da keçəcəyik”.
AzVision.az