AZ

“Portu” yeni baş məşqçisinin adını açıqladı – RƏSMİ

Portuqaliyanın “Portu” klubu yeni baş məşqçisinin adını açıqlayıb. Msport.az xəbər verir ki, bu vəzifəyə Françesko Farioli gətirilib.

İtaliyalı mütəxəssislə 2027-ci ilin iyununa kimi müqavilə imzalanıb.

36 yaşlı Farioli son olaraq “Ayaks”a rəhbərlik edirdi. Buna qədər o, “Fatih Karagümrük” (2021), “Alanyaspor” (2021-2023) və “Nitsa” (2023-2024) klublarını çalışdırıb.

 

Seçilən
3
11
msport.az

10Mənbələr