AZ

Farioli “Portu”nun yeni baş məşqçisi oldu

“Portu” klubunun yeni baş məşqçisi müəyyənləşib.

90deqiqe.Az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, portuqaliyalılar italyan mütəxəssis Francesko Farioli ilə 2027-ci ilin yayına qədər müqavilə imzalayıb.

36 yaşlı Farioli ötən mövsüm “Ayaks”ın sükanı arxasında olub. Niderland çempionatında uzun müddət liderlik edən komanda son 5 turda 10 xallıq üstünlüyünü əldən verərək turniri ikinci pillədə başa vurub. Bu nəticənin ardından Farioli Amsterdam klubundan ayrılıb.

Karyerası ərzində İtaliya, Fransa və Türkiyədə də fəaliyyət göstərmiş mütəxəssis, əsasən qapıçılarla iş üzrə ixtisaslaşıb.

Seçilən
5
7
90deqiqe.az

10Mənbələr