AZ

“Portu” Françesko Farioliyə tapşırıldı

“Portu” rəhbərliyi 36 yaşlı italyan mütəxəssis Françesko Fariolini “əjdahalar”ın sükanı arxasına baş məşqçi təyin edib.

Arena.az bu barədə Portuqaliya klubunun rəsmi saytına istinadən məlumat verir.

Tərəflər 2 illik – müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıblar.

Françesko Farioli bir müddət qapıçılar çalışdırmaqla məşğul olduqdan sonra 2021-ci ildə sərbəst məşqçiliyə başlayıb. Farioli ilk “dələkliyini” “Fatih Karagümrük”ün başında edib. İtalyan mütəxəssis karyerası ərzində “Alanyaspor”, “Nitsa” və “Ayaks”ı çalışdırıb.

Farioli böyük futbolda hələ heç bir qənimət qazanmayıb. Amma 2024/2025-ci illər mövsümündə Farioli böyük müvəffəqiyyətsizliyə uğrayıb. Belə ki, Farioli Niderland nəhəngi “Ayaks”ın sükanı arxasında, ölkə çempionatının başa çatmasına 5 tur qalmış ən yaxın izləyici PSV-dən 10 xal öndə olmasına rəğmən, müvafiq üstünlüyünü əldən verməklə “gümüş”lə kifayətləniməsi ilə diqqət çəkib.

Məhz bu uğursuzluqdan sonra Amsterdam klubu Farioli ilə yollarını ayırmağa qərar verib.

Əlavə edək ki, Fariolinin “Portu”nun sükanı arxasına gətirilməsi “əjdahalar”ın azarkeşləri tərəfindən birmənalı qarşılanmayıb.

Seçilən
1
10
arena.az

10Mənbələr