AZ

"Porto"da yeni baş məşqçi

"Porto" Françesko Fariolinin komandaya baş məşqçi təyin olunduğunu açıqlayıb.

İdman.biz xəbər verir ki, 36 yaşlı italiyalı mütəxəssislə 2027-ci il iyunun 30-dək müqavilə imzalanıb.

O bu vəzifədə argentinalı Martín Anselmini əvəzləyib.

Farioli ötən mövsüm "Ayaks"la Niderland çempionatında finişə 5 tur qalmış 10 xal üstünlüyü əldən verib və nəticədə birinci yeri PSV-yə uduzaraq 2-ci yeri tutub. Bundan sonra o, Amsterdam klubundan ayrılıb.

Qeyd edək ki, Farioli daha əvvəl Türkiyədə "Fatih Karagümrük" və "Alanyaspor", Fransada "Nitsa"nı çalışdırıb.

İdman.biz

Seçilən
2
9
idman.biz

10Mənbələr